EN

Rusiyadan 5 nəfərə TERRORÇU DAMĞASI

Bəbirli, Mirzəzadə, Nəcəfov...

Terror təşkilatında iştirakla bağlı cinayət işi üzrə 5 müttəhim Moskvaya aparılıb , onların həbs müddəti uzadılıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

Sənədlərdə bildirilir ki, sentyabr ayında Lefortovo Məhkəməsinə Ağaşov, Axundov, Bəbirli, Mirzəzadə və Nəcəfov adlı təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatət daxil olub. Bazar ertəsi, sentyabrın 15-də bu vəsatət təmin edilib.

Qeyd olunub ki, məhkəmələr təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçməyib. RİA-nın məlumatına görə, paytaxta köçürülməzdən əvvəl həmin şəxslər rayonlardakı istintaq təcridxanalarına yerləşdiriliblər.

Chosen
21
publika.az

1Sources