EN

“Qarabağ”ın zəfəri dünya mediasında: “Nə dəmir adamdır, Qurban Qurbanov!!!”

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Qarabağ"ın Lissabon zəfəri dünya mediasının da diqqətindən kənarda qalmadı. Sport24.az xəbər verir ki, Avropanın demək olar ki, bütün aparıcı nəşqləri, portalları Qurban Qurbanovun yetirmələrinin qəhrəmanlığından yazıb, "köhlən atlar"ın möhtəşəm geridönüşü barədə xəbərlər paylaşıb.

Футбольный журнал (Ukrayna): "Aydındır ki, "Benfika" "Qarabağ"ı dəyərləndirmədi. İki erkən qol və... Bəs Azərbaycan komandası nə etdi? Qalan dəqiqələrdə "Qarabağ" toparlandı, portuqallar isə bunu bacarmadı. "Qarabağ"ın baş məşqçisinə xüsusi təşəkkürlər – nə dəmir adamdır, Qurban Qurbanov!!! Böyük uğurlar, təbriklər!!!"

Çampionat.ru (Rusiya): "Kosmik "Qarabağ" 0:2 hesabından sonra geri döndü və qalib gəldi!"

"A Bola" (Portuqaliya): "Benfika üçün fəlakət, Azərbaycan üçün möcüzə. "Qarabağ" inanılmaz iradə və taktiki intizam göstərdi".

"Marca" (İspaniya): "Hər şey bitmiş kimi görünəndə səhnəyə tarix yazan bir komanda çıxır. Bu dəfə həmin komanda – "Qarabağ"dır".

"BBC Sport" (Böyük Britaniya): "Cari mövsüm Çempionlar Liqasının ən gurultulu sürprizlərindən biri. Azərbaycan sevinir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
sport24.az

1Sources