EN

Rusiya faşizmi: Donuz başı atılan məscidi yandırdılar

Çelyabinsk vilayətinin Çesma şəhərində ötən ilin payızında açılan məscidə donuz başı atılıb.

Publika.az xəbər verir ki, bundan bir neçə həftə sonra bina yandırılıb. Bununla bağlı rayon administrasiyası və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Avqustun 31-də məscidə donuz başı atıldığı bildirilmişdi. Məscid sentyabrın 12-də naməlum şəxslər tərəfindən yandırılıb - hücum edənlər binaya tezalışan maye tökərkən özlərini lentə alıblar.

Çesmenski Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yanğın gözətçi tərəfindən söndürülüb. Heç bir ziyan yoxdur, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq vəziyyəti araşdırır.

Chosen
7
19
publika.az

10Sources