Portuqaliyanın "Benfika" klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.
Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bunu bağlı klubun prezidenti Ruy Koşta açıqlayıb.
O bildirib ki, Brunu Lajeni istefaya göndərmələrinə səbəb "Benfika"nın doğma meydanda Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"a 2:3 hesabı ilə uduzması olub.
Ruy Koştanın mətbuat konfransından qısa müddət sonra Portuqaliya mediası "Benfika"nın baş məşqçi postuna Joze Mourinyunu gətirəcəyi ilə bağlı xəbərlər dərc etməyə başlayıb.