EN

Sabah Fransada 500 minlik kütləvi etiraz aksiyaları başlayır


Fransada sosial problemlərə görə kütləvi etirazlar səngimir. Bu ölkənin Daxili İşlər Nazirliyinin Fransa Televiziyasına verdiyi məlumata görə, sentyabrın 18-də ölkə üzrə genişmiqyaslı tətillər və nümayişlər keçiriləcək. Açıqlamada deyilir ki, aksiyalarda 350 mindən 500 minədək insanın iştirakı gözlənilir. Bu, ötən həftə keçirilən “Hər şeyi bloklayaq” aksiyasından iki dəfə çoxdur.

Tətil səbəbindən nəqliyyat sistemində ciddi çətinliklər gözlənilir. SNCF (dəmiryolu şirkəti), RATP (Paris nəqliyyatı) və Air France əməkdaşlarının əksəriyyəti işə çıxmayacaq. Elektrik və qaz təchizatı sahəsində də tətil çağırışları edilib.

Mətləb Salahov

Chosen
47
baki-xeber.com

1Sources