EN

BOKT səhmdarını bağlanması ilə bağlı növbədənkənar iclas keçirməyə çağırıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilən “Finoko” Bank olmayan kredit təşkilatı ASC-nin İdarə Heyəti səhmdarlarına bildiriş göndərib.

Banker.az xəbər verir ki, 3 noyabr 2025-ci il saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 36, 488/489-cu məhəllə, mənzil 3 nömrəli ünvanda “Finoko” Bank olmayan kredit təşkilatı ASC (VÖEN: 1402771411) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Növbədənkənar ümumi yığıncağın gündəliyinə “Finoko” Bank olmayan kredit təşkilatı ASC-nin ləğvi nəzərdə tutulub.

Azərbaycan Mərkəzi Bankı ötən ayın sonu bu BOKT ilə bağlı ləğvetmə qərarı verib. AMB açıqlamışdı ki, kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən “Finoko” Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti və “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatına Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilmişdir. Lakin, ötən dövr ərzində bu təşkilatlar tərəfindən kapitalın minimum miqdarı tələbinə əməl edilməsi istiqamətində zəruri addımlar atılmamışdır. Qeyd olunanları nəzərə alaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Finoko” BOKT ASC-nin 22.09.2014-cü il tarixli, BKT-28 nömrəli lisenziyası və “İcraçı Kredit Agentliyi” MMC BOKT-nin 25.10.2002-ci il tarixli, 132-QB nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 29 avqust 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.

oxşar yazı: Finoko-nun həyatda qalıb-qalmaması sahiblərinin ümidinə qalıb: BOKT-də kapital çatışmazlığı var

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4.855 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Chosen
82
banker.az

1Sources