EN

“Qarabağa məruz qaldım” “Braqa”dan maraqlı video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya 3:2 qalib gəlməsi ilə bağlı maraqlı video həsr edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub rəsmi “TikTok” hesabında paylaşım edib. 

Belə ki, videoda “Braqa” loqosunun qarşısında “I was Qarabağed”( Qarabağa məruz qaldım) , “Benfika” loqosunda cavab olaraq isə “Me too” (mən də) sözləri yazılıb. Bununla da rəsmdəki iki obrazın (“Braqa” və “Benfika”) ağlayaraq qucaqlaşdığı göstərilib. 

Sözügedən paylaşıma isə Azərbaycanlı azarkeşlər “Braqa”nın səmimi klub olması ilə bağlı şərhlər yazıb.

Qeyd edək ki, Portuqaliya klubu tez-tez “Qarabağ”la bağlı paylaşımları ilə diqqət çəkir. Bu isə izləyicilər tərəfindən səmimi qarşılanır. 

Xatırladaq ki, ötən il “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı. 

Sözügedən paylaşımı təqdim edirik: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
9
qafqazinfo.az

10Sources