EN

Türkiyəli şərhçi “Qarabağ”dan danışdı: “Qurban Qurbanovu çağırın…”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli futbol şərhçisi Ertem Şener “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”ya qalib gəlməsi haqda fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, o, Azərbaycan təmsilçisini Türkiyə klublarına nümunə çəkib:

“Fənərbağça”, “Qalatasaray” rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin. “Qarabağ” rəhbərliyindən transferi necə etdiklərini soruşun. Adamlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. “Portimonense”dən “Qarabağ”a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır…”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
futbolpress.az

1Sources