Gəncə, 17 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 16 layihə qalib olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərindən 10, Daşkəsən rayonundan 2, Göygöl rayonundan 1, Goranboy rayonundan 2, Samux rayonundan isə 1 olmaqla ümumillikdə 16 layihə yer tutub.