EN

DYP-dən yağıntılı hava ilə bağlı MÜRACİƏT

Yağıntılı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.


Manset.az xəbər verir ki, müraciətdə deyilir:

“Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli, sürət həddini hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmalı, piyada keçidlərinə yaxınlaşarkən xüsusilə diqqətli olmalıdırlar”.

Həmçinin, piyadalara xatırladılır ki, yalnız təyin olunmuş piyada keçidlərindən istifadə etməli, yağışlı havada sürücülərin görmə imkanlarının məhdud ola biləcəyini nəzərə alaraq daha diqqətli davranmalıdırlar.

Chosen
59
42
manset.az

10Sources