EN

Portuqaliyada tarixi qələbə qazanan “Qarabağ” komandası Vətənə qayıdıb

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turundaPortuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ"komandası Vətənə qayıdıb.

Trend xəbərverir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ağdamtəmsilçisinin nümayəndələri, azarkeşlər və media mənsublarıqarşılayıblar.

Qeyd edək ki, son ölkə çempionu ilk sınağına Portuqaliyadaçıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdamtəmsilçisi Lissabonda "Benfika"nın qonağı olub. "Da Luş" stadiondakeçirilən görüş komandamızın əzmkar qələbəsi ilə başa çatıb.

Oyuna inamsız başlayan "Qarabağ" 6 və 16-cı dəqiqələrdəburaxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Bunabaxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədəLeandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlkhissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıyaəla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiqzərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cıdəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da "Qarabağ" ÇempionlarLiqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.

Chosen
5
8
az.trend.az

10Sources