"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Çelsi"nin (İngiltərə) heyətində dəyişiklik həyata keçirilib.
Sportinfo.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Dario Essuqonun əvəzinə heyətə Fakundo Buonanotte daxil edilib.
Portuqaliyanın U-21 millisinin heyətində zədələnən D.Essuqo ötən həftə bud nahiyəsindən əməliyyat olunub. Bu səbəbdən onun 20 yaşlı vingerlə əvəzlənməsinə qərar verilib.
"Qarabağ" Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.