EN

Maşın bir ailənin 3 üzvünü vurdu

Mingəçevir şəhərində avtomobil bir ailənin 3 üzvünü vurub.

Axar.az xəbər verir ki, Mingəçevirdə yolu qarşı tərəfə keçmək istəyən 1989-cu il təvəllüdlü S.Yusibova, 2014-cü il təvəllüdlü G.Yusibova və 2013-cü il təvəllüdlü R.Yusiblini avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
39
7
axar.az

8Sources