EN

Avropada isti yay 16,5 min insanın ölümünə səbəb olub

BAKI, 17 sentyabr. TELEQRAF

Bu il Avropada güclü istilər nəticəsində təxminən 16,5 min nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Alimlər 854 şəhəri araşdıraraq müəyyən ediblər ki, iyun–avqust aylarında temperatur iqlim dəyişikliyi səbəbindən orta hesabla 3,6 dərəcə yüksəlib.

Qeyd edilir ki, İtaliya, Almaniya, Fransa, İspaniya və Portuqaliyada isə temperatur 46°C-dək çataraq anormal göstəricilər qeydə alınıb.

Chosen
17
1
teleqraf.com

2Sources