EN

İtalyan şirkəti Şuşa Zəfər Muzeyini layihələndirəcək – 1 milyon manata başa gələcək

Şuşada Zəfər Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanmasına) və məzmununun hazırlanmasına başlanılıb.

Banker.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC birbaşa satınalma həyata keçirib.

Layihələndirmə işlərini İtaliyanın “ArtCloud Network International s.c.r.l” şirkəti həyata keçirəcək. İşlər 1 milyon manata başa gələcək.

 

Mənbə: Report

Chosen
10
9
banker.az

10Sources