Azərbaycan UEFA reytinqində xallarını artırıb.
İdman.biz xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”nı məğlub etməsi sayəsində rəsmiləşib.
Azərbaycan çempionu Portuqaliya təmsilçisinə 3:2 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,500 xal əlavə edib. Bununla da Azərbaycanın reytinqdəki xalı 21,500-ə yüksəlib və ölkəmiz Slovakiyanı 0,125 xal qabaqlayaraq 25-ci pilləni ələ keçirib.
Qeyd edək ki, reytinqə 95,450 xalla İngiltərə başçılıq edir.
İdman.biz