EN

Qəhrəmanlıq dastanının təqdimi

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Şair Ədalət Salmanın yenicə çapdan çıxmış “Murovun aslanı” poeması Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin xatirəsinə həsr olunub. Dünən Müdafiə Nazirliyinin (MN) H.Aslanov adına Mədəniyyət Mərkəzində müharibə veteranlarının, şəhid ailələri üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə kitabın təqdimat mərasimi keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra videotəsvirlərin müşayiətilə Rəşad Abdullayevin həyat və döyüş yoluna nəzər salındı. Bütün iştirakçılara yeni kitabın nüsxələri hədiyyə edildi. MN şəhid ailələri və qadın hərbi qulluqçularla iş üzrə şöbənin müdiri Zümrüd Səmədova, Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Füzuli Cəfərov, əsərə “Ön söz” yazmış Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, XTQ veteranı Bəhruz Məmmədzadə, “Qarabağ” ordenli qazi Famil Fərəcov, Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova çıxış edərək, şəhidin hünərindən və onun haqqında yazılmış poemanın məziyyətlərindən danışdılar.

Kitabın müəllifi – AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman qəhrəmanın mövludu və 44 günlük Zəfər Yürüşünün 5 illiyi ərəfəsində ərsəyə gətirdiyi “Murovun aslanı” poeması üzərində yaradıcılıq prosesi barədə danışdı, kitabın nəşrində zəhməti olanlara minnətdarlığını bildirdi. Ölməz şəhidin valideynləri Arif və Sevil Abdullayevlər, həyat yoldaşı Gülnar xanım xatirələrini bölüşdülər və təqdimat mərasiminə toplaşanlara razılıqlarını bildirdilər.

Sonda vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olundu.

Ə.ƏLİYEVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
xalqqazeti.az

2Sources