EN

Yaponiya Avropanın mövqeyinə qoşulmur

Ölkənin "The Asahi Shimbun" qəzeti adları çəkilməyən rəsmi hökumət mənbələrinə istinadənyazırki,Baş nazirŞiqeru İşiba bu ay Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçiriləcəkmüvafiq iclasa qoşulmayacaq.

Maraqlıdır ki, Yaponiyanın bu mövqeyi "G7" ölkələri çərçivəsində "yoldaşları"nın: Fransa, Britaniya və Kanadanın, həmçinin bir sıra digər ölkənin Fələstini tanımaq tendensiyası ilə ziddiyyət əmələ gətirir. Belə birmövqe ABŞ tərəfindən bəyənilə bilər.Çünki İsrailin ən yaxın müttəfiqi sayılan Vaşinqton da Fələstin Muxtariyyətini dövlət səviyyəsində tanımaq ideyası ilə razılaşmır. "G7" daxilində isə Almaniya və İtaliya da bu addımı hazırkı şəraitdə "qeyri-məqbul" sayır.
Daha bir ölkə Fələstini tanıyacaq

Xatırladaq ki, Avstraliya, Yeni Zelandiya, Britaniya, Fransa, Kanada, Belçika və digər bir neçə dövlət bu yaxınlarda müxtəlif şərtlər altında Fələstini rəsmi dövlət kimi tanıyacaqlarını bildiriblər. Almaniya bu tendensiyadan uzaq durur. Kansler Fridrix Merts açıq surətdə diqqətə çatdırıb ki, Fələstini tanımaq üçün şərait məqbul deyil:

"Almaniya sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında qərb müttəfiqlərinin Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaq təşəbbüsünə qoşulmayacaq".

Digər tərəfdən, rəsmiParisisə, Berlinin əksinə, Fələstini tanımaqla yanaşı ölkələr arasında qarşılıqlı şəkildəsəfirliklərin açılmasını da nəzərdən keçirir.

Firudin Həmidli
AzVision.az
Chosen
57
1
azvision.az

2Sources