EN

Bakıda Suriya və İsrailin fövqəladə görüşü olacaq

Gələn həftənin cümə axşamı Bakıda Suriya və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək.

Bu barədə “Sky News Arabia” məlumat yayıb.

ABŞ-ın “Axios” nəşri isə xəbər verib ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib.

Layihədə Dəməşqdən İsrail sərhədinədək cənub-qərb istiqamətində xüsusi bölgülər nəzərdə tutulub.

İki mənbənin bildirdiyinə görə, bu plan İsrail və Misir arasında 1979-cu ildə imzalanan sülh sazişinə əsaslanır. Həmin sənəd Sinay yarımadasını “A, B, C” zonalarına bölərək, müxtəlif təhlükəsizlik rejimləri və silahlanma səviyyələri müəyyənləşdirmişdi.

Yeni təklifə görə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinədək olan ərazi üç zonaya bölünəcək. Hər zonada Suriyaya müəyyən miqdarda hərbi qüvvə və silah saxlamağa icazə veriləcək. Sənəd həmçinin Suriya tərəfindəki bufer zonanın əlavə 2 kilometr genişləndirilməsini nəzərdə tutur.

Əvəzində İsrail Suriyada ərazilərindən mərhələli şəkildə çıxmağı təklif edib.

Lakin İsrail strateji əhəmiyyətli Şeyx dağı zirvəsindəki mövqelərini saxlamaqda israr edir.

AzPost.az

Chosen
8
9
azpost.info

10Sources