EN

Ağır xəstə ambulansda gəzdirildi, yer tapılmadı -TƏBİB-dən daha bir şikayət


AXCP Sabunçu şöbəsinin sədri Fariz Əlizadə TƏBİB-i tənqid edib.



Medicina.az xəbər verir ki, o, bildirib ki, ağır vəziyyətdə olan pasiyent xəstəxanada yer olmadığı üçün saatlarla "103" avtomobilində gəzdirilib:

"Azərbaycan səhiyyə sisteminin real vəziyyətini açıq göstərən acı bir hadisənin şahidi olduq. Yaxın dostumun anasının vəziyyəti qəfil ağırlaşdığından TƏBİB-in təcili tibbi yardım briqadası onu evdən götürərək ilk olaraq Gənclikdə yerləşən Kardiologiya İnstitutuna gətirdi. Burada həkim müayinəsi aparılsa da, “yer yoxdur” səbəbi ilə xəstənin qəbulundan imtina edildi".



F.Əlizadə qeyd edib ki, briqada vaxt itirmədən xəstəni Nərimanov Tibb Mərkəzinə aparıb:

"Burada isə bizə bildirildi ki, KT müayinəsi üçün şərait yoxdur və xəstəni Semaşko adına Respublika Klinik Xəstəxanasına yönləndirdilər.

Semaşko xəstəxanasında KT müayinəsi aparılsa da, nəticələrin cavablandırılması üçün radioloqun xəstəxanada olmadığı, evdən baxacağı və cavabın ən azı 1 saata veriləcəyi bildirildi. Nəticədə ağır vəziyyətdə olan xəstə və TƏBİB-in təcili yardım avtomobili artıq 3 saatdan çoxdur ki, şəhərin müxtəlif xəstəxanaları arasında dolaşdırılır və hazırda Semaşkonun həyətində cavab gözləyir.

Bu mənzərə göstərir ki, ölkədə tibbi xidmətlərin koordinasiyası, resursların düzgün bölgüsü və operativ idarəetmə mexanizmləri faktiki olaraq iflic vəziyyətindədir. Belə halda xəstənin həyatının tibbi müasirlikdən deyil, təsadüfdən asılı qalması cəmiyyət üçün olduqca təhlükəli bir göstəricidir".

Aygün
Medicina.az


Ağır
Chosen
8
1
medicina.az

2Sources