Milli Məclisin payız sessiyası müddətində insan hüquqları ilə bağlı qabaqcıl beynəlxalq təcrübə əsasında dəyirmi masa keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyasının iş planında öz əksini tapıb.
Dəyirmi masa “Rəqəmsal suverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusunda təşkil olunacaq.
Eyni zamanda, “Vəkillik institutu-vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu” mövzusunda da dəyirmi masanın keçirilməsi planlaşdırılır.
“Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər- Azərbaycandan baxış” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirənin təşkil edilməsi planlaşdırılır.
"Cebheinfo.az"