EN

Altı ayda Azərbaycan iqtisadiyyatına 3,2 milyard dollar investisiya yatırılıb

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Azərbaycanın neft-qaz və qeyri-neft-qazsektoruna ümumilikdə 3,2 milyard ABŞ dolları həcmində birbaşaxarici investisiya yatırılıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistikadepartamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansınıntəqdimatına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkəyə birbaşa xarici investisiyalarınhəcmində ən çox yatırımlar Birləşmiş Krallıq, Türkiyə, Kipr,İsveçrə və İrandan edilib.

Samir Nəsirov həmçinin qeyd edib ki, Azərbaycandan isə xaricə 3,4milyard ABŞ dolları kapital repatriasiyası həyata keçirilib. Onunsözlərinə görə, bunun böyük hissəsi xam neft və təbii qazformasında ixrac edilir.

AMB rəsmisi eyni zamanda vurğulayıb ki, Azərbaycan xariciiqtisadiyyata 1,349 milyard dollarlıq birbaşa investisiyayatırıb.

"Ölkəmizdən xaricə birbaşa investisiyalarda ilk 5 ölkədə İsrail(542 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyondollar), ABŞ (77 milyon dollar) və Gürcüstan (77 milyon dollar)qərarlaşıb", - deyə o əlavə edib.

Məqalədə:
Chosen
35
az.trend.az

1Sources