Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]