EN

Parlamentdə məcburi köçkünlərlə bağlı məsələ MÜZAKİRƏ EDİLDİ

Son zamanlarda qaçqın və məcburi köçkünlərlə bağlı cəmiyyətimizdə ayrı-seçkilik yaradılıb və minlərlə insan bu kompaniyaya qoşulub. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Razi Nurullayev deyib. 

O qeyd edib ki, Qarabağa milyonlarla insan qayıdacaq, Prezident İlham Əliyev də onlarla dəfələrlə görüşüb.

"Məcburi köçkün olduqdan sonra dövlət də onları başının üzərində saxlayıb. Amma bir-iki adama görə bu məsələnin bu cür qabardılmasını mənfi haldır və qəti şəkildə qınayıram" - deyə o bildirib.

Komitənin sədri Zahid Oruc da məsələyə münasibət bildirib.

"Cənab Prezidentin çox az hallarda kövrək halını ekranda göstərdiyi olubsa, bu da məcburi köçkünlərlə əlaqədardır. Deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitləri yaşayıblar. On illər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə dırnaq kimi bir-birinə bağlı yaşayıblar.  10 illər ərzində bu dövlət "torpaqları azad etməyəcək" deyənlər, indi də "o torpağı köçkünlərə verməyəcək" sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər".

Deputat Naqif Həmzəyev isə qeyd edib ki, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdır: "Dövlət nə mümkündürsə, edir. Amma gəlin açıq danışaq, 20-30 il bundan əvvəlki məcburi köçkünün yaşadığı həyat tərzinə sonrakı dövrdə yaşadığı həyat tərzi üst-üstə düşürmü? Yəni, şəhərdə yaşayıb, böyüyüb və indi müasir dövrün tələblərinə cavab verən yerlərə qayıdır. Amma kənd həyatı onu qane etmir. Ona görə bu problemi də həll etməliyik. Biz məcburi köçkünü məcbur etməmiliyik ki, get orda yaşa. Əgər yaşayırsa, onu o həyat tərzinə alışdırmalıyıq”.

Chosen
31
1
modern.az

2Sources