EN

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı

(®) “Unibank”ın mobil bankçılıq xidməti olan Leobank 7-18 yaş arası uşaqlar üçün “Leo Uşaq Kartı”nı müştərilərin istifadəsinə verib. Yeni məhsul uşaqlara pulu idarə etməyi öyrənməyə, valideynlərə isə hər bir xərcdən xəbərdar olmağa və prosesə nəzarət etməyə kömək etmək üçün nəzərdə tutulub.

Öyrədən və qoruyan kart

Leo Uşaq kartı uşağın əlində olan, lakin gücləndirilmiş valideyn nəzarəti imkanlarına malik tam hüquqlu bank məhsuludur. Kart pulsuz verilir və çatdırılır. Valideynlərdən biri özünün və uşağın şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilər.

Uşaq üçün imkanlar:

Şəxsi kart və sadə interfeysə malik Leo tətbiqi

Apple Pay və Google Pay vasitəsilə mağazalarda onlayn ödəniş

Seçilmiş kateqoriyalarda 20%-dək keşbek

Xəyallar üçün pul yığmaq məqsədilə illik 6% gəlirli Xəzinə

Nailiyyətlər və dizaynlar — aktivliyə görə mükafatlar və kartın dizaynını dəyişdirmək imkanı

Xərc analitikası – xərcləri izləmək və büdcəni planlaşdırmaq imkanı

Valideynlər üçün imkanlar:

Tam nəzarət – limitlər, alış kateqoriyalarının bloklanması, nağdlaşdırmanın qadağan edilməsi

Hər bir əməliyyat haqqında bildirişlər və real vaxt rejimində çıxarışa giriş imkanı

Pulsuz qeydiyyat, çatdırılma və kart balansının artırılması

Kartı necə əldə etmək olar?

Leobank tətbiqində "Menyu" bölməsini seçin → "Uşaq kartı aç" seçin

Uşağın məlumatlarını doldurun və müraciəti təsdiqləyin

Çatdırılma üsulunu və vaxtını göstərin (filial və ya kuryerlə)

Leobank haqqında

Leobank Azərbaycanda ilk yalnız mobil bankçılıq xidmətidir. Artıq 1 milyondan çox insan onun müştərisinə çevrilib və banka getmədən xidmət və məhsullardan rahatlıqla istifadə imkanı qazanıb.

eobankUşaqKartıLeoUşaqKartıLeobankUnibankmobilbankçılıquşaqkartıuşaqlarmaliyyəsavadlılığıerkənyaşmaliyyətəhsiliuşaqbankkartıvalideynnəzarəti7-18yaşşəxsiLeoTətbiqiApplePayGooglePay20%keşbekXəzinəhesabı6%illikgəlirxərcanalitikasıxərcnəzarətibüdcəplanlaşdırmaalışlimitialışbloklanmasınağdlaşdırmaqadağasıəməliyyatbildirişlərirealvaxtçıxarışpulsuzçatdırılmakartbalansartırmaLeobanktətbiqiAzərbaycandamobilbank1milyonistifadəçi
Chosen
46
8
marja.az

9Sources