Kapital və maliyyənin hərəkəti balansında 2,8 milyar dollarlıq kəsir formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, kəsiri formalaşdıran əsas amil ölkənin xalis maliyyə aktivlərinin təxminən 3 milyard dollar artması ilə əlaqədar olub