EN

Tokayev: Dünyada nüvə münaqişəsi riski yüksəkdir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyada nüvə münaqişəsi riskinin yüksək olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu bu gün Astanada keçirilən Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayının açılış mərasimində çıxışı zamanı deyib.

"Biz insanlar və cəmiyyətlər arasında etimadın gücləndirilməsi və sivilizasiyalararası mübadilənin inkişafına görə xüsusi məsuliyyət daşıyan dini liderlərə böyük ümidlər bəsləyirik. Əminəm ki, dini liderlər bir çox siyasətçilərə sağlam düşüncə, xoş niyyət və mənəvi məsuliyyəti xatırladaraq, dünyanın xaos uçurumuna yuvarlanmasının qarşısını almaq üçün əllərindən gələni edəcəklər", - o qeyd edib.

Prezidentin sözlərinə görə, ekspertlər qarşıdurma təfəkkürünün və geosiyasi çatların artması fonunda nüvə "Armageddon"unun baş vermə ehtimalını yüksək qiymətləndirirlər.

K.Tokayev konstruktiv diplomatiya və dialoqun vacibliyini bir daha vurğulayıb.

Chosen
40
4
bakivaxti.az

5Sources