EN

Şuşakənddə bu ilin sonunadək 100, gələn il isə 72 evin bərpası planlaşdırılır

İki il əvvəl antiterror əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçən Xocalı rayonunun Şuşakənd kəndində həyat yenidən canlanıb. Kənddə evlərin bərpası ilə yanaşı, sosial infrastrukturun qurulması istiqamətində də layihələr həyata keçirilib və bu istiqəmətdə işlər davam etdirilir.

Xezerxeber.az-ın sözlərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, Şuşakənd kəndində artıq 15 ev bərpa olunub.

Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb. Kəndə köç prosesi mərhələli şəkildə davam edəcək.

Şuşakənddə mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olub, sakinlərlə görüşüb.

Chosen
50
49
xezerxeber.az

10Sources