Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modini 75 illik yubileyi münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, təbrik teleqramı Kremlin rəsmi saytında dərc olunub.
Putin qeyd edib ki, Modingin rəhbərliyi altında Hindistan sosial, iqtisadi və elmi-texniki sahələrdə böyük nailiyyətlər əldə edib. O həmçinin vurğulayıb ki, Modi Rusiya ilə Hindistan arasında strateji tərəfdaşlığın möhkəmlənməsində böyük şəxsi rol oynayır.
“Bizim səmimi və dost münasibətlərimizi yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv dialoq və birgə işimizi davam etdirəcəyik”, - teleqramda bildirilib.
Nuriyyə NATİQQIZI