EN

Serdar Ortaçı Canan Karatay sağaldıb?


Uzun müddətdir səhhətində problem olan məşhur müğənni Serdar Ortaç Canan Karatayla bağlı iddialara cavab verib.

Medicina.az xəbər verir ki, xroniki sinir sistemi xəstəliyi olan dağınıq skleroz (MS) ilə mübarizə aparan Serdar Ortaç haqqında hər gün yeni iddialar səslənir.



Sosial mediada Serdar Ortaçın sağalmasına səbəb Canan Karatayın olduğu iddia edilib. İnstaqram hesabında açıqlama verən Ortaç bu iddiaları təkzib edib:

"İnternetdə Canan Karatayın krem ​​yazıb, Serdarın ağrısını dayandırdığı iddiası ilə xəbər yayılıb. Bu, tamamilə yalandır. Bəli, ağrılarım keçib, ayağa qalxdım. Öz həkimimin müalicəsi, içkini, siqareti atmağım sayəsində sağlamlığıma qayıdıram. Kremlərlə işim yoxdur".





Aygün
Medicina.az

Chosen
27
medicina.az

1Sources