EN

iOS 26 yükləyəndən sonra telefonunuz donur? Apple dan açıqlama

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

İki gün əvvəl təqdim olunan iOS 26 gözlənilən effekti verməyib.

Milli.Az xəbər verir ki, "Apple" iOS 26 yeniləməsinin istifadəyə verilməsindən sonra bəzi iPhone istifadəçilərinin batareya ömründə azalma və cihazın isinə bilməsi ilə bağlı açıqlama yayıb.

Şirkət qeyd edir ki, böyük proqram yeniləməsindən sonra cihaz arxa planda quraşdırmanı tamamlayır, məlumatları indeksləşdirir, faylları axtarış üçün hazırlayır və tətbiqləri yeniləyir. Bu proses batareya ömründə və istilikdə müvəqqəti dəyişikliklər yarada bilər. Apple bildirir ki, bu normaldır və panikaya əsas yoxdur.

Həmçinin şirkət xatırladıb ki, iOS yeniləmələri bəzi funksiyaların daha çox resurs tələb etməsinə görə performans və batareya ömründə kiçik dəyişikliklər yarada bilər, amma bunlar istifadəçilərin yeniləmədən yayınmasına səbəb olacaq qədər ciddi deyil. Əsas məqsəd isə təhlükəsizlikdir.

iOS 26 ilə istifadəçilər yalnız təhlükəsizlik deyil, eyni zamanda yeni xüsusiyyətlər də əldə edirlər.

Apple məsləhət görür ki, istifadəçilər bir neçə gün cihazı adi qaydada işlədərək proqramın optimizasiyasını tamamlamasına imkan versin. Bu müddətdən sonra batareya performansı yenidən normal səviyyəyə qayıdacaq.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
news.milli.az

3Sources