EN

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10%-dən çox artıb

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,6 faiz artaraq 4887,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 4329,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 88,6 faizini təşkil etmişdir.

Chosen
68
teleqraf.com

1Sources