EN

Bu, ABŞ üçün qara ləkədir Zaxarovadan sərt sözlər

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Siyasətçilərə snayper tüfəngindən istifadə edərək sui-qəsd cəhdləri ABŞ üçün qara ləkədir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlini şərh edərkən deyib.

O xatırladıb ki, ABŞ tarixində bir çox siyasi xadimlər, o cümlədən prezidentlər damdakı snayperlər tərəfindən öldürülüb.

“Bu mənada ABŞ üçün yeni heç nə baş verməyib”, – Zaxarova bildirib.

Qeyd edək ki, Ç.Kirkə sui-qəsd sentyabrın 10-da baş verib. Həmin gün fəal Yuta ştatında universitetin kampusunda çıxış edirdi. Ona təxminən 800 metr məsafədən atəş açılaraq boyun nahiyəsinə dəyib. Təcili olaraq xəstəxanaya yerləşdirilsə də, Kirk sağ qala bilməyib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
globalinfo.az

1Sources