EN

99 yaşlı aktrisa vəfat etdi

Uşaq rolları ilə tanınan amerikalı aktrisa Merilin Noulden 99 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Noulden ötən gün təbii səbəblərdən Amerikanın Aydaho ştatının İql şəhərində yerləşən qocalar evində dünyasını dəyişib. Onun ölüm xəbərini aktrisanın oğlu Kevin Qouts təsdiqləyib.

Qeyd edək ki, 5 yaşından 14 yaşına qədər 31 filmə çəkilən Noulden, “Çirkli üzlü mələklər”, “Devid Kopperfild”, “Ona vəhşi de”, “Balaca qadınlar”, “Həyatın təqlidi”, “Bütün bunlar və üstəlik cənnət”, “Mariya-Antuanetta” və “Antoni-bədbəxt” kimi filmlərlə tamaşaçıların yaddaşında qalıb.

Chosen
3
2
kulis.az

3Sources