EN

Bu zavoda verilən güzəştlərin müddəti uzadılır

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı Gəmiqayırma Zavoduna verilən güzəştlərin müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qeyd edilib ki, Bakı Gəmiqayırma Zavodu tərəfindən sifarişçilərə təqdim olunmuş və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilədək uzadılmasına zərurət yaranıb. Sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması praktikası olmadığından layihədə Zavoda verilən güzəştlərin müddətinin artırılması üçün Vergi Məcəlləsinin müvafiq bölmələrinə mənfəət, əmlak və torpaq vergilərindən azadolmaları ehtiva edən yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.

Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.

Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti “Gömrük tarifi haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən uzadılacaq.

Qanun layihəsi gəmiqayırma sənayesinin uzunmüddətli inkişafının dəstəklənməsinə, iqtisadi fəallığın artırılmasına, bu sahədə idxaldan asılılığın azaldılmasına, xidmətlərin ixracı potensialının genişləndirilməsinə xidmət edəcək.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
11
qafqazinfo.az

2Sources