EN

Ankarada akkumulyator alımı üçün tender elan edilib

BAKI,TurkicWorld:

Dövlətin məcburi köçkün, qaçqınlara münasibətini əsas götürməliyik, onun üzərindən təşviqat aparmalıyıq, ictimai məlumatlandırma etməliyik.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri vurğulayıb ki, Böyük Qayıdışla bağlı qanunvericilik sistemi formalaşmalıdır

"Prezident İlham Əliyevin çox az hallarda kövrək halını ekranda görmüşük, bu da məcburi köçkünlərlə əlaqədar olub. Dövlət başçısı deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitdə yaşayıblar. On illər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə dırnaq kimi bir-birinə bağlı yaşayıblar. On illər ərzində bu dövlət "torpaqları azad etməyəcək" deyənlər, indi də "o torpağı köçkünlərə verməyəcək" sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər".

Chosen
36
turkic.world

1Sources