EN

Rusiya ordusuna AĞIR ZƏRBƏ: Ukrayna şok rəqəmləri AÇIQLADI, dəmiryolları DARMADAĞIN EDİLDİ!

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son 24 saat ərzində Rusiyanın itkiləri ilə bağlı yeni statistika dərc edib.

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Məlumatda bildirilir ki, 24 fevral 2022-ci ildən 17 sentyabr 2025-ci ilədək Rusiya ordusunun ümumi itkiləri təxminən 1 milyon 97 min 450 nəfərə çatıb.
Son bir gündə rusların 1 020 canlı qüvvəsi məhv edilib.

Texnika baxımından da düşmən ciddi zərbələr alıb. Belə ki, Rusiyanın indiyədək 11 189 tankı (+5), 23 277 zirehli döyüş maşını (+3), 32 846 artilleriya sistemi (+36), 1 490 reaktiv yaylım atəşi sistemi, 1 217 hava hücumundan müdafiə kompleksi, həmçinin 422 təyyarə və 341 helikopteri məhv edilib.

Xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) itkiləri diqqət çəkir – indiyədək 60 079 PUA vurulub ki, bu da son sutkada 360 ədəd artım deməkdir. Bundan əlavə, Rusiya ordusu 3 718 qanadlı raket, 28 gəmi və kateri, 1 sualtı qayıq, 61 878 avtomobil və yanacaq çəni (+108), eləcə də 3 965 ədəd xüsusi texnika itirib.

Baş Qərargah bildirir ki, Ukrayna ordusunun bu uğurları həm müdafiə, həm də hücum əməliyyatlarının effektivliyini nümayiş etdirir.

Rusiya ordusu Ukrayna dəmir yolu şirkəti “Ukrzaliznytsia”nın enerji yarımstansiyalarına hücum edib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində sərnişin qatarlarının hərəkətində ciddi problemlər yaranıb. Xüsusilə Odessa və Dnepr istiqamətlərində qatarların 3-4 saatadək gecikdiyi bildirilir.

“Ukrzaliznytsia”nın məlumatına görə, bir sıra reyslər marşrutlarını dəyişmək məcburiyyətində qalıb. Artıq 20 ehtiyat teplovoz hərəkətə cəlb olunub.
“Beynəlxalq birləşmələrə, xüsusilə Xelm və Peremyşl istiqamətlərinə gəlincə, biz artıq xarici dəmir yolu dispetçerləri ilə əlaqə saxlayırıq. Qatarların gözlədilməsi, sərnişinlərin rahat köçürülməsi və sürətləndirilmiş sərhəd nəzarəti üçün koordinasiya aparılır”, - şirkətin yaydığı açıqlamada deyilir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Əli Mustafadır. Müzakirədə tamaşaçılaırmız da iştirak edə bilər.

Chosen
5
2
musavat.com

3Sources