EN

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı – VİDEO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda tarixi nəticəyə imza atan “Qarabağ” vətənə qayıdıb.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Portuqaliyanın nəhəng klubu “Benfika” üzərində inamlı qələbə (3:2) qazanaraq futbol tariximizə yeni səhifə yazıb.

Komanda Bakıya dönüşdə möhtəşəm şəkildə qarşılanıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında futbolçuları və məşqçiləri azarkeşlər alqışlarla, bayraqlarla və şüarlarla qarşılayıb.

Həmin görüntüləri təqdim edirik:

Chosen
13
2
konkret.az

3Sources