ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri fonunda qəzet yazır: "Tramp artıq çoxdan öz ölkəsindəki proseslərə nəzarəti itirib, eyni vəziyyət Böyük Britaniyada da baş nazir Kir Starmer və kral III Karl üçün keçərlidir". The Washington Post bildirir ki, Vaşinqton və London yalnız daxili çətinliklərlə deyil, həm də müasir dövrün əsas böhranlarına - Ukrayna məsələsi və İsrail-Fələstin münaqişəsinə münasibətdə kəskin fikir ayrılığı yaşayırlar. "Bunu heç bir təntənəli mərasim gizlədə bilmir", - qəzet vurğulayır.
Nəşr həmçinin qeyd edir ki, ABŞ və Böyük Britaniya arasında faktiki olaraq ticarət müharibəsi gedir. Donald Tramp 16 sentyabr axşamı Böyük Britaniyaya müasir tarixdə misilsiz şəkildə ikinci dəfə dövlət səfərinə gəlib. 17 sentyabrda o, kral III Karl tərəfindən Vindzor qəsrində qəbul ediləcək, 18 sentyabrda isə baş nazir Kir Starmerlə Çekers iqamətgahında danışıqlar aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31