Yazını böyüt
Yazını kiçilt
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhərinin, Goranboy və Xocalı rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı sentyabrın 18-də Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.