Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 17 sentyabr, AZƏRTAC
Rusiyada hər beş nəfərdən biri kredit yükünün öhdəsindən gələ bilmir.
AZƏRTAC “Vedomosti” Beynəlxalq İstehlak Cəmiyyətləri Konfederasiyasının (KonfOP) sorğusuna istinadla xəbər verir ki, Rusiya vətəndaşlarının 22 faizi kreditlərinə xidmət göstərə bilmir. Borcalanların daha 18,5%-i ailə büdcəsinin yarıdan çoxunu ödənişlərə xərcləyir.
“Borcalanların hüquqları uğrunda” Xalq Cəbhəsi layihəsinə görə, rusiyalıların 28%-i gəlirlərinin böyük hissəsini borcun ödənilməsinə sərf edir, hətta əməkhaqqının 100%-ə qədəri də ödəmələrə xərclənir. Layihənin direktoru Yevgeniya Lazareva qeyd edir ki, bu, kritik bir vəziyyətdən xəbər verir. Vətəndaşların daha 22%-i gəlirlərinin 30%-dən 50%-ə qədərini kreditlərə ödəyir ki, bu da borcun yüksək səviyyədə olduğunu göstərir.
Onun sözlərinə görə, on və ya daha çox krediti olan vətəndaşların 6%-nin rəsmi, sabit gəliri yoxdur. Bu, borcalanların köhnə öhdəlikləri ödəmək üçün yeni kreditlər götürdükləri vəziyyəti göstərə bilər.”
“KonfOP”un sədri Dmitri Yanin deyir ki, “sağlam kreditləşmə” qaydalarına görə, ödənişlər borcalanın gəlirinin 30%-dən çox olmamalıdır. Bununla belə, sorğunun nəticələri göstərir ki, borcalanların əhəmiyyətli bir hissəsi üçün cari öhdəliklər maliyyə imkanlarından artıqdır. Bu kateqoriyadan olan vətəndaşlar cərimələrin yığılması və məcburi ödənişlər səbəbindən yüksək risk altındadır.
Tədqiqat borcun səviyyəsi ilə iflas prosedurundan istifadə etmək istəyi arasında böyük uçurumu aşkar edib. Vətəndaşların yalnız 13%-i bu mexanizmdən istifadə etməyə hazırdır, rusiyalıların 55%-nin isə bu barədə məlumatı yoxdur. Digər 14% iflas haqqında yalnız əsas anlayışa malikdir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.