EN

Bayramov büdcə məcəlləsinin hazırlanmasını təklif edir

Azərbaycanda Büdcə Məcəlləsinin hazırlanmasına ehtiyac var. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, bu sahədə vahid qanunvericilik bazası bir çox inkişaf etmiş ölkələrdə mövcuddur və Azərbaycanda da tətbiq olunmalıdır.

“Büdcə siyasətinin effektivliyi və şəffaflığı üçün ayrıca Büdcə Məcəlləsinin qəbul edilməsi məqsədəuyğundur,” – Bayramov bildirib.

Deputat, həmçinin fiskal yükün azaldılması, xüsusilə gəlir vergisinin mərhələli şəkildə aşağı salınması və mövcud vergi güzəştlərinin müddətinin uzadılması ilə bağlı təkliflər irəli sürüb.

“Əgər vergi artımı nəzərdə tutulursa, bu mərhələli şəkildə həyata keçirilməlidir. Güzəşt mexanizmlərinin davamlılığı da iqtisadi sabitlik baxımından vacibdir,” –  deputat əlavə edib.

Gülnar Nazimqızı 

Chosen
37
anews.az

1Sources