EN

Minlərlə tələbə qaçırılanların ailələrinə dəstək aksiyası keçirib Video

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Sentyabrın 17-də səhər saatlarında İsrail boyu minlərlə tələbə qaçırılanların ailələrinə dəstək olaraq etiraz aksiyası keçirib.

Bizimyol.info xəbər verir ki, etirazın videoları İsrail televiziyasının 12-ci kanalı və sosial şəbəkələrdə yayımlanıb.

Müharibənin dərhal dayandırılmasını və bütün qaçırılanların geri qaytarılmasını tələb edən aksiyaya 85 məktəb qoşulub. Tələbələr “Girovları unutmayacağıq və həmişəki kimi yaşamağa davam etməyəcəyik” şüarı səsləndiriblər.

Eyni zamanda, İsrail Xarici İşlər Nazirliyinin televiziya kanalı müharibənin dayandırılması tələbinə cavab verib. “Kim Qəzzada müharibənin bitməsini istəyirsə, HƏMAS-dan bütün İsrail girovlarını dərhal azad etmələrini və silahlarını yerə qoymasını tələb etməlidir. Bunu etməkdən imtina edən və İsraildən atəşkəs tələb edən hər kəs HƏMAS-a yardım etmiş olur. Üçüncü variant yoxdur”, - deyə bəyanatda qeyd edilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
bizimyol.info

1Sources