EN

Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırılır

Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırılır.

“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, Bakı Gəmiqayırma Zavodu Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biri olmaqla Azərbaycanın dəniz donanmasının müasirləşdirilməsinə öz müsbət töhfəsini verməkdədir. Zavod gəmilərin, dəniz və su nəqliyyatı vasitələrinin tikintisi, təmiri, təyinatının dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir və ölkəmizin gəmiçilik sahəsində idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, həmçinin ixrac potensialının gücləndirilməsi baxımından böyük və strateji əhəmiyyətə malikdir. Zavod tərəfindən sifarişçilərə təqdim olunmuş və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilədək uzadılmasına zərurət yaranıb. Sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması praktikası olmadığından layihədə Zavoda verilən güzəştlərin müddətinin artırılması üçün Vergi Məcəlləsinin müvafiq bölmələrinə mənfəət, əmlak və torpaq vergilərindən azadolmaları ehtiva edən yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub. Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.

Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən 2030-cu ilədək uzadılacaq.

Chosen
49
12
ikisahil.az

10Sources