EN

Azərbaycanın cari əməliyyatlar balansı 2,3 milyard dollar profisitlə nəticələnib

2025-ci ilin ilk 6 ayında Azərbaycanın cari əməliyyatlar balansı 2,3 milyard ABŞ dolları profisitlə nəticələnib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib.

S. Nəsirov bildirib ki, cari əməliyyatlar balansında ÜDM-in 6,3%-i səviyyəsində müsbət saldo qeydə alınıb ki, bu da makroiqtisadi sabitlik baxımından əhəmiyyətli haldır.

Onun sözlərinə görə, kapital və maliyyənin hərəkəti balansında xalis maliyyə aktivləri 3 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 200 milyon dollar artıb: "Bu, kapital və maliyyənin hərəkəti balansında 2,8 milyard dollarlıq kəsirin formalaşmasına səbəb olub."

S. Nəsirov yekunda vurğulayıb ki, kapital və maliyyənin hərəkəti balansındakı 2,8 milyard dollarlıq kəsirin əsas səbəbi ölkənin xalis maliyyə aktivlərinin artmasıdır.

Fuad Mədətov
Finss.az

Chosen
77
1
fins.az

2Sources