EN

Əhaliyə xaricdən pul köçürmələri azalıb

2025-ci ilin 6 ayında təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 0.9 mlrd.$ məbləğində qiymətləndirilib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Daxilolmalar 590.6 mln.$, ödənişlər isə 308.4 mln.$ təşkil edib.

Azərbaycanda əhaliyə göndərilən pul baratlarının həcmi son bir ildə 568 mln. $-dan 287 mln. $-a düşüb.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90.4%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.7%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 4.9%-ni isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 6.0% daralaraq 534.0 mln.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 8.3% azalaraq 238.2 mln.$ olub. Nəticədə pul baratları üzrə 295.8 mln.$ müsbət saldo yaranıb.

Chosen
62
banker.az

1Sources