EN

KTMT: "Yaxın Şərqin terrorçuları Asiya üçün təhlükədir"

BusözləriKTMT-nin Baş katibi İmanqali Tasmaqambetov"Sərhəd-2025"regional hərbi təliminin açılış mərasimində nitq söyləyərkən dilə gətirib. O diqqətə çatdırıb ki, dünyanın müxtəlif yerlərində köhnə münaqişələrin daha da qızışması ilə yanaşıyeni qaynar nöqtələr meydana gəlir.

"Bu baxımdan bu və ya digər radikal qruplaşmanın Yaxın Şərqdən regionumuza doğru irəliləməsi, ölkələrimizin ərazisində öz ideologiyasını yayması,gəncləri terrorçuluğa şirnikləndirməsipotensial təhlükədir",– Baş katib vurğulayıb.

Onun sözlərinə görə, belə bir təhlükədən yayınmaq naminə milli silahlı qüvvələrlə KTMT-nin Kollektiv Qüvvələri arasındaqarşılıqlı fəaliyyət zəruridir.

Məlumat üçün bildirək ki, "Sərhəd-2025" hərbi təlimləri Rusiya, Qırğızıstan, Qazaxıstan və Tacikistanın iştirakı ilə Qırğızıstanın Balıqçı şəhərində keçirilir.

Firudin Həmidli
AzVision.az
Chosen
37
1
azvision.az

2Sources