Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyunlar keçiriləcək.
Milli.Az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutacaq.
Belə ki, "Olimpiakos" "Pafos"la, "Slavia Praqa" "Budyo/Qlimt"lə, "Ayaks" "İnter"lə, "Bavariya" "Çelsi" ilə, "Liverpul" "Atletiko Madrid"lə, PSJ isə "Atalanta" ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun oyunlarına sentyabrın 18-də yekun vurulacaq.
17 Sentyabr
UEFA Çempionlar Liqası
I tur
Saat 20:45, "Olimpiakos" - "Pafos";
Saat 20:45, "Slavia Praqa" - "Budyo/Qlimt";
Saat 23:00, "Ayaks" - "İnter";
Saat 23:00, "Bavariya" - "Çelsi";
Saat 23:00, "Liverpul" - "Atletiko Madrid";
Saat 23:00, PSJ - "Atalanta".
Milli.Az