EN

ÇL: “Qarabağ”ın rəqibləri də növbəti oyunlarına çıxacaqlar

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün əsas mərhələsinin 1-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, Liqa mərhələsinin ilk turu çərçivəsində daha 6 qarşılaşma baş tutacaq.

“Qarabağ”ın Liqa mərhələsindəki rəqiblərindən olan Niderland “Ayaks”ı evdə İtaliya təmsilçisi “İnter”lə üz-üzə gələcək. İngiltərə çempionu “Liverpul” Madrid “Atletiko”sunu qəbul edəcəksə, bu ölkənin digər təmsilçisi “Çelsi” səfərdə “Bayern”in qonağı olacaq.

ÇL-in sonuncu qalibi PSJ isə doğma meydanda “Atalanta” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
17 sentyabr

20:45. “Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr)
20:45. “Slaviya” (Çexiya) – “Bodo Qlimt” (Norveç)
23:00. PSJ (Fransa) – “Atalanta” (İtaliya)
23:00. “Bayern” (Almaniya) – “Çelsi” (İngiltərə)
23:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)
23:00. “Ayaks” (Niderland) – “İnter” (İtaliya)

error: Məzmun qorunur!
Chosen
46
17
arena.az

10Sources