EN

Türkiyəlilər "Qarabağ"ın qələbəsi ilə coşdu: Çox qısqandım, yaxşı ki, Qalatasaray"la düşməyib - VİDEO

Türkiyəli gənclər ötən axşam baş tutan “Benfika”-“Qarabağ” matçını izləyərək həmin anları yutub kanalında paylaşıblar.

Azreform.info xəbər verir ki, 42 min abunəsi olan “Maç Vvakti” yutub kanalında yayımlanan görüntülərdə gənclər “Qarabağ”ın oyunçularına, eləcə də baş məşqçi Qurban Qurbanova təriflər yağdırıblar.

Yutuberlər bina evində yaşadıqlarını deyərək, atılan qollara yüksək səslə sevinə bilmədiklərinə görə, digər azarkeşlərdən üzr istəyiblər.

“Joze Mourinyo Qurbanovun gətir-götürünü etsin”,- deyə onlar söyləyib.

“Qalatasaray” azarkeşi olan şəxs püşkatmada “Qarabağ”la bir qrupa düşmədikləri üçün sevindiyini söyləyiblər.

Yutuberlər “Qarabağ”ın oyunçularını Ronaldo və Messi ilə müqayisə ediblər.

“Qarabağı çox qısqandım, Superliqada olsa, çempionluğa oynaya bilər”, “Allah Benfika”ya mərhəmət etsin, çünki “Qarabağ” etməyəcək”, deyə onlar söyləyib.

Xatırladaq ki, dünən Portuqaliyada Ağdamın "Qarabağ" klubunu qəbul edən "Benfika" 2:0 hesabı ilə öndə olsa da, təmsilçimiz 2:3 hesabı ilə qalib gəlib.

Billurə
 

 
 
 
 
Bu gönderiyi Instagram'da gör
 
 
 
 
 
 
 
 
 
 
 

Azreform.info - Xəbər və informasiya agentliyi (@olke_az)'in paylaştığı bir gönderi

Chosen
48
4
azreform.info

5Sources